Ağır atletika üzrə yığma komandamızın Avropa birinciliyi üçün heyəti açıqlanıb
İyulun 26-dan avqustun 3-dək Rumıniyanın paytaxtı Buxarestdə yaşı 20 və 23-dək olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək.

Bu barədə Azərbaycan Ağır Atletika Federasiyasından məlumat verilib.

Yarışda 34 ölkədən 450 atlet (204 qadın və 246 kişi) iştirak edəcək. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulacaqlar. Belə ki, turnirdə ölkəmizi U-20 yarışlarında Rahilə Hüseynzadə (87 kq), Əli Şükürlü (109 kq), U-23 kateqoriyasında isə Əvəz Tağıyev (55 kq), Ömər Cavadov (73 kq) və Füqan Əliyev (81 kq) təmsil edəcəklər.

Xəbər 141 dəfə oxundu.