Maks Verstapen Macarıstan Qran-Prisinin qalibi olub
Formula 1 Macarıstan Qran-Prisinin qalibi müəyyənləşib.

“Hunqarorinq” avtodromunda keçirilən 70 dövrəlik yarışdan sonra “Red Bull” komandasının pilotu niderlandlı pilotu Maks Ferstappen qalib olub. “McLaren”in üzvü Lando Norris yarışı ikinci, “Red Bull”un digər pilotu Serxio Peres üçüncü pillədə başa vurub.

Maks Ferstappen cari mövsüm ardıcıl yeddinci, karyerasında isə 44-cü qələbəsini qazanıb.

Xəbər 150 dəfə oxundu.