Əzmkar qələbə qazanan qızlardan ibarət millimiz Avropa çempionatının finalında | |
Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda millimizin Gürcüstan yığmasına qarşı yarımfinal görüşü baş tutub. U-16 qız yığmamız yarımfinal oyununda hesabda geri düşməsinə baxmayaraq, sonuncu dövrədə geri dönüş edərək yekunda Gürcüstan yığmasına 74-72 hesabı ilə qalib gəlib. Keçirdiyi bütün oyunları qalib tamamlamış U-16 qız millimiz, Avropa çempionatının finalına vəsiqə qazanıb. Finalda millimizin rəqibi Andorra seçməsi olacaq. Oyun iyulun 23-də Bakı vaxtı ilə saat 21:30 -da baş tutacaq və FIBA -nın rəsmi yutub hesabından canlı yayımlanacaq. |
|
Xəbər 123 dəfə oxundu. |
|
|