Avarçəkmə üzrə Bakı çempionatının qalibləri müəyyənləşib
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası, Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə avarçəkmə üzrə paytaxt çempionatı keçirilib.

Bulvar ərazisində, “Milan Expo”nun qarşısında keçirilən çempionatda paytaxtla yanaşı, Mingəçevirdən 70-ə yaxın yeniyetmə və gənc avarçəkən iştirak edib.

İdmançılar avarçəkmənin akademik, kayak və kanoe növlərində mübarizə aparıblar.

Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının əsas prioritetlərindən biri yeniyetmə və gənclər arasında avarçəkmə idman növünü daha da populyarlaşdırmaq, kütləviliyi təmin etməkdir. Bakı çempionatında fərqlənən idmançılar gələcəkdə milli komandanın heyətinə cəlb olunacaq.

Xəbər 156 dəfə oxundu.