Azərbaycan komandaları Dünya Qadın Seriyasının Priştina mərhələsində mübarizəyə başlayırlar
3x3 basketbol üzrə Azərbaycan millisi və Bakının “Neftçi” klubu Dünya Qadın Seriyasının Kosovonun paytaxtı Priştinadakı mərhələsində mübarizəyə başlayırlar.

Yığmamız B qrupunda ilk matçını ABŞ seçməsinə qarşı keçirəcək. Millimiz daha sonra Macarıstanın “Qyor” kollektivi ilə üz-üzə gələcək.

“Neftçi” isə D qrupunda ilk olaraq Niderland millisi ilə görüşəcək. Bakı təmsilçisi ikinci oyununu meydan sahiblərinə qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanacaqlar. “Neftçi” daha əvvəl Şuşa və Netanya (İsrail) mərhələlərində qalib olub.

Xəbər 114 dəfə oxundu.