Bilyard üzrə Azərbaycan çempionatını keçiriləcək
İyulun 15-də bilyardın “POOL-9” növü üzrə Azərbaycan çempionatına start veriləcək.

Üç gün davam edəcək yarış "Pro Pool Station" bilyard klubunda keçiriləcək.

İyunun 23-də başlayan qeydiyyat prosesi bu gün axşam saat 22:00-da başa çatacaq. Turnirin püşkatması iyulun 14-də saat 20:00-da olacaq.

Açılış mərasimi yarışın ilk günündə saat 11:00-da keçiriləcək.

Xəbər 108 dəfə oxundu.