Paraatletimiz Səid Nəcəfzadə “Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycanın daha bir idmançısı Səid Nəcəfzadə 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

idmançımız buna eyni şəhərdə təşkil olunan dünya çempionatında uzunluğa tullanma növündə 7,11 metr nəticə göstərmək nail olub.

Səid Nəcəfzadə yarışda bürünc medal qazanıb.

Qeyd edək ki, daha əvvəl milli komandanın üzvləri Lamiyə Vəliyeva və Oloxan Musayev Yay Paralimpiya Oyunlarına lisenziya əldə ediblər.

Xəbər 101 dəfə oxundu.