“Qarabağ” klubu UEFA Çempionlar Liqasında ilk oyununa çıxıb
Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasında ilk oyununa çıxıb.

Azərbaycan çempionu turnirin birinci təsnifat mərhələsinin ilk oyununda Cəbəllütariqdə "Linkoln" komandasının qonağıdır.

Cəbəllütariq komandasının start heyətində Deyl Kolinq, İbrahim Ayu, Con Sarcent, Bernardu Lopeş, Nano, Mandi, Mustafa Yahaya, İtan Britto, Liam Uoker, Kike Qomes və Xuampe yer alıblar.

“Qarabağ”ın heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Marko Veşoviç, Elvin Cəfərquliyev, Kevin Medina, Julio Romao, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Redon Cica və Nəriman Axundzadə çıxıblar.

“Viktoriya” stadionunda keçirilən matçı latviyalı hakimlər briqadası idarə edir. Oyunun baş hakimi FIFA referisi Vitali Spasennikovdur. Ona həmyerliləri Raymonds Tatriks və Arturs Sakurovs köməklik göstərirlər. Dördüncü hakim funksiyasını isə Aleksandrs Anufriyevs yerinə yetirir. VAR hakimləri Andres Treymanis və Kristaps Ratnieksdir.

Komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi ikinci təsnifat mərhələsində "Rakuv" (Polşa) - "Flora" (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.

Xəbər 99 dəfə oxundu.