Azərbaycanın üç həndbol klubu Avropa kuboku yarışlarında çıxış edəcək | |
Azərbaycanın qadınlardan ibarət üç həndbol klubu 2023-2024-cü il mövsümündə Avropa kuboku yarışlarında çıxış edəcək. “Azəryol”, “Qarabağ” və "Kür" klubları qitə yarışında mübarizə aparacaq. Komandalarımız mübarizəyə 1/32 final mərhələsindən qoşulacaq. Bu raundun püşkü iyulun 18-də Avstriyanın paytaxtı Vyanada atılacaq. Qeyd edək ki, 1/32 final mərhələsinin ilk oyunları sentyabrın 23-24-də, cavab qarşılaşmaları sentyabrın 30-dan oktyabrın 1-dək keçiriləcək. |
|
Xəbər 147 dəfə oxundu. |
|
|