“Qarabağ”ın rəqibi kapitanını dəyişib
Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi “Linkoln”un (Cəbəllütariq) kapitanı dəyişib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kapitan Roy Çipolinanı Bernardu Lopeş əvəzləyib. Vitse-kapitanlar isə Liam Uoker və Li Kasyaro olacaq.

Qeyd edək ki, “Qarabağ”ın “Linkoln”a qarşı ilk oyunu iyulun 11-də səfərdə, cavab matçı isə iyulun 19-da Bakı Olimpiya Stadionunda olacaq.

Ətraflı

Xəbər 106 dəfə oxundu.