Tural Ağalarzadə: Avropa Oyunlarındakı uğurdan sonra daha həvəsliyəm
Polşada keçirilən III Avropa Oyunlarında iştirak etmək mənim üçün çox önəmli və məsuliyyətli idi.

Bu sözləri məxsusi müsahibəsində III Avropa Oyunlarının qızıl mükafatçısı karateçi Tural Ağalarzadə deyib.

Bildirib ki, belə bir mötəbər yarışda birinci olmaq qürurvericidir. Yarışda ölkəmizin ilk qızıl medalçısı olduğumu döyüşləri bitirdikdən sonra xəbər aldım. Azərbaycana ilk qızıl medalı qazandırmaq və III Avropa Oyunlarında ilk dəfə himnimizin səsləndirilməsi əvəzolunmaz bir xatirədir.

Avropa Oyunlarındakı uğurdan sonra daha həvəsli olduğunu bildirən T.Ağalarzadə vurğulayıb ki, qarşıda məni daha bir əhəmiyyətli yarış gözləyir. Cari ilin oktyabrında Macarıstanda keçiriləcək dünya çempionatının artıq hazırlaqlarına başlamışam. Qarşıda duran əsas hədəfim beynəlxalq reytinqdə daha yüksəyə qalxmaq və dünya çempionatında bayrağımızı dalğalandırmaqdır.

Qeyd edək ki, Azərbaycan idmançıları III Avropa Oyunlarını 11 medalla başa vurub. Bunun 3-ü qızıl, 2-si gümüş və 6-sı bürünc əyarlıdır. Komandamız ümumi hesabda isə 24-cü yeri tutub.

Xəbər 92 dəfə oxundu.