Cəzaçəkmə müəssisəsində məhkumlar arasında badminton turniri keçirilib
Yeddi saylı cəzaçəkmə müəssisəsində Dünya Badminton Günü ilə əlaqədar məhkumlar arasında turnir keçirilib.

Turnirin məqsədi cəzaçəkmə müəssisələrində məhkumların fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili, habelə məhkumların badminton vasitəsilə cəmiyyətə inteqrasiyası, şəxsi inkişafının və psixoloji vəziyyətlərinin bərpa olunması, sağlam həyat tərzinin təbliğinə töhfə verməkdir.

İlk üç yerin qaliblərinə diplomlar, cəzaçəkmə müəssisələrində məhkumların mütəmadi olaraq badminton idman növü ilə məşğul olmaları məqsədilə müxtəlif idman ləvazimatları və digər hədiyyələr təqdim edilib.

Yarış Azərbaycan Badminton Federasiyası və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin birgə təşkilatçılığı ilə keçirilib.

Xəbər 149 dəfə oxundu.