Bu gün çimərlik futbolu üzrə millimiz İtaliya yığması ilə qarşılaşacaq
Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Yığmamız İtaliya kollektivi ilə üz-üzə gələcək.

Bakı Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında keçiriləcək qarşılaşma saat 18:45-də start götürəcək.

Komanda ilk matçında Moldovaya 2:3, ikinci görüşündə Estoniyaya 3:7 hesabı ilə uduzub.

Xəbər 103 dəfə oxundu.