“Qəbələ” israilli futbolçu ilə ikiillik müqavilə imzalayıb | |
Yeni mövsümə hazırlaşan “Qəbələ” klubu heyətinə daha bir futbolçu qatıb. Komanda Gilad Abramovun keçidini rəsmiləşdirib. İsrailli yarımmüdafiəçi ilə ikiillik müqavilə imzalanıb. İyirmi üç yaşlı futbolçu peşəkar karyerasına 2018-2019-cu il mövsümündə “Hapoel” (Hadera) klubunda başlayıb. Son beş mövsümü bu komandada keçirən yarımmüdafiəçi 118 oyunda 5 qol vurub. |
|
Xəbər 98 dəfə oxundu. |
|
|