Akrobatika gimnastlarımız IX “Turin Acro Cup” beynəlxalq turnirdə güclərini sınayacaqlar
Akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri İtaliyanın Turin şəhərində keçirilən IX “Turin Acro Cup” beynəlxalq turnirdə mübarizə aparacaqlar.

Turnirdə ölkəmizi yığmanın üzvləri Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Nəzrin Zeyniyeva, Aynur Yusufova, Lalə Hüseynovadan ibarət qadın qrupu yarışlarında təmsil edəcəklər.

Qeyd edək ki, turnir iyulun 9-dək davam edəcək.

Xəbər 130 dəfə oxundu.