Ansi Aqolli bu gün cərrahiyyə əməliyyatı olunub
“Qarabağ”ın albaniyalı futbolçusu Ansi Aqolli bu gün cərrahiyyə əməliyyatı olunub. Topaz Premyer Liqasının son turunda “Xəzər Lənkəran”la səfər oyununun hələ ilk hissəsində əvəzlənməli olan sol cinah müdafiəçisi uzun müddət yaşıl meydandan kənarda qalacaq.

Belə ki, Aqollinin 3 yerdən almacıq sümüyü qırılıb. Zədəsi ciddi olan legionerin ən azı 3-4 həftə oynaya bilməyəcəyi gözlənilir.

Qeyd edək ki, “Qarabağ”ın digər müdafiəçisi Rəşad Sadıqov da əməliyyat olunduğundan, bir müddət komandasına kömək edə bilməyəcək.

Xəbər 962 dəfə oxundu.