"Barselona" klubu İniqo Martinesin transferini açıqlayıb
İspaniyanın "Barselona" klubu İniqo Martinesin transferini açıqlayıb.

Kataloniya təmsilçisi "Atletik"dən ayrılan müdafiəçi ilə müqavilə imzalayıb. Sözləşmənin müddəti və digər detalları açıqlanmayıb.

İspaniya millisinin də üzvü olan Martines "Barselona"ya azad agent kimi keçib.

Qeyd edək ki, Martines "Atletik"də 6 mövsüm keçirib və bütün yarışlarda 177 oyuna çıxıb.

Xəbər 106 dəfə oxundu.