Azərbaycan - Portuqaliya matçının vaxtı dəqiqləşdi
Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində son 3 oyununun başlama saatı açıqlanıb.İlk matçda Türkiyə yığmasına 19:35 hesabı ilə uduzan Rəfiqə Şabanovanın yetirmələri Portuqaliya ilə matça saat 17:00-da çıxacaqlar.

“Abu-Arena”da baş tutacaq görüş noyabrın 21-nə təsadüf edəcək. Bundan 3 gün sonra eyni saatda Türkiyə həndbolçuları ilə qarşılaşacaq komandamız son qarşılaşmasını səfərdə Portuqaliyaya qarşı keçirəcək. Noyabrın 28-nə təsadüf edəcək matç saat 23:00-da start götürəcək.

Qeyd edək ki, yığmamızın yer aldığı IV qrupa türklər başçılıq edir. Onlar həmyerlilərimiz kimi portuqaliyalılara da qalib gəliblər.

Xəbər 1079 dəfə oxundu.