Avropa təsnifat çempionatının I mərhələsi başa çatıb
Stolüstü tennis üzrə Avropa təsnifat çempionatının I mərhələsi başa çatıb
Oktyabr ayının 26-dan 29-dək Belçikada və Bosniya Herseqovinada təşkil olunmuş stolüstü tennis üzrə kişi və qadın komandaları arasında Avropa təsnifat çempionatının I mərhələsinə yekun vurulub.
Belçikada mübarizə aparan kişilərdən ibarət komandamız 6 ölkə komandasının – Belçika, Bosniya və Herseqovina, Litva, İsveçrə, Çernoqoriya və Azərbaycanın çıxış etdiyi yarışlardan 5-ci yer tutub.
Bosniya və Herseqovinada yarışan xanımlarımız isə Kosovo, Bosniya və Herseqovina idmançılarını məğlub edərək öz yarımqruplarında Avstriya tennisçilərindən sonra II yer qazanıblar.
Qeyd etmək lazımdır ki, Avropa təsnifat çempionatının II mərhələsi 2013-cü ilin aprel ayında keçiriləcəkdir.

Xəbər 1016 dəfə oxundu.