Qvardiolanın "Barselona"dan gedişi ilə bağlı ortaya yeni iddia atıb
FİFA meneceri Fransua Qallardo Xosep Qvardiolanın "Barselona"dan gedişi ilə bağlı ortaya yeni iddia atıb. O, çalışdırıcının ayrılma səbəblərini açıqlayıb.

Xosep 4 il "Barsa"da işlədikdən sonra yorulduğunu və enerji yığmaq üçün ayrıldığını bildirmişdi. Lakin Qallardo bunun bəhanə xarakteri daşıdığını, əsl səbəblərin isə 4 futbolçu ilə bağlı olduğunu dilə gətirib.

Sən demə, Pep Sesk Fabreqas, Xerard Pike, David Vilya və Daniel Alveşin klubdan göndərilməsini istəyirmiş. Prezident Sandro Rosell isə adıçəkilən oyunçuların toxunulmaz olduğunu bildirib. Nəticədə həmin futbolçularla işləmək istəməyən Xosep Kataloniyanı tərk edib.

İddiaya görə, Qvardiola yalnız Vilyanın fiziki gücünü bəyənmədiyindən gözdən çıxarıbmış. Pike, Alveş və Fabreqası isə aralarında küskünlük olduğuna görə göndərmək istəyirmiş.

Xəbər 851 dəfə oxundu.