“Kəpəz”in heyətində bir neçə itki var
Bu gün Topaz Premyer Liqasının XI turunda səfərdə “İnter”lə qarşılaşacaq “Kəpəz”in heyətində bir neçə itki var. Bu matçda gəncəlilərin 3 futbolçusu iştirak etməyəcək.

Belə ki, zədəli olan Nikolay Svejentsev komanda ilə birgə Bakıya gəlsə də meydana çıxmayacaq. Digər zədəli Fərid Həşimzadə isə Gəncədə, klubun bazasında qalıb. Məşqçilərin tövsiyəsinə əsasən müdafiəçi yüngül qaçışla kifayətlənir. Öncə fərdi qaydada hazırlaşan Armando Feutçin komanda yoldaşları ilə birgə ümumi məşqlərə qoşulub.

Qarşılaşmada iştirak etməyəcək daha bir futbolçu Bəxtiyar Sultanovdur. O, cəzalıdır.

Qeyd edək ki, “İnter” – “Kəpəz” matçı bu gün 18:00-da “Şəfa” stadionunda baş tutacaq.

Xəbər 2828 dəfə oxundu.