“Turan Tovuz”da yeni müqavilə
“Turan Tovuz” futbolçusu Piruzi Marakvelidze ilə müqaviləni uzadıb.

Tərəflər 1 illik yeni sözləşmə imzalayıblar.

Qeyd edək ki, Piruzi ötən ilin yayından Tovuz təmsilçisində oynayır.

Xatırladaq ki, “Turan Tovuz” bu yay indiyədək Ayxan Hüseynov, Kamal Bayramov, Tərlan Əhmədli, Sadiq Quliyev, Tərlan Quliyev, Ehtiram Şahverdiyev, Eltun Turabov, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev və Vüsal Məsimovla da müqaviləni yeniləyib.

Xəbər 119 dəfə oxundu.