Güllə atıcımız III Avropa Oyunlarının yarımfinalına yüksəlib | |
Polşada təşkil olunan III Avropa Oyunlarında atıcılıq yarışları davam edir. Təmsilçimiz Ruslan Lunyov tapançadan 25 metr məsafəyə atəşaçma yarışında yarımfinala yüksəlib. Millimizin üzvü təsnifat mərhələsində 600 mümkün xaldan 581-ni toplayıb. İdmançımız mərhələni 6-cı yerdə başa vurub. O, yarımfinal mərhələsinə yüksələn 8 snayper arasında qərarlaşıb. Qeyd edək ki, yarımfinal mərhələsi bu gün Bakı vaxtı ilə saat 15:15-də başlayacaq. |
|
Xəbər 169 dəfə oxundu. |
|
|