Kişi şpaqaçılarımız III Avropa Oyunlarında mübarizəni dayandırıblar
Polşada keçirilən III Avropa Oyunlarında qılıncoynatmada kişilər arasında şpaqa, qadınlarda sablya üzrə komanda yarışlarına start verilib.

Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənovdan ibarət şpaqa üzrə kişilərdən ibarət millimiz ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə Estoniya yığmasına 41:43 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Xəbər 182 dəfə oxundu.