Kişi badmintonçumuz III Avropa Oyunlarında mübarizəni dayandırıb
Polşada keçirilən III Avropa Oyunlarında kişi badmintonçuların şəxsi yarışında qrup lideri olaraq pley-offa vəsiqə qazanan millimizin üzvü Edi Reski Dviçayo növbəti görüşünü keçirib.

Badmintonçumuz dörddəbir finala yüksəlmək uğrunda keçirilən görüşdə Finlandiya təmsilçisi Kalle Koljonenlə qarşılaşıb. Oyun finlandiyalı badmintonçunun 0:2 (18-21,14-21) hesablı qələbəsi ilə başa çatıb.

Ən güclü 16-lıqda mübarizəni dayandıran Edi 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına 2750 reytinq xalı qazanıb.

Qeyd edək ki, badminton yarışları Avropa Oyunları daxilində qitə çempionatı statusu daşıyır.

Xəbər 166 dəfə oxundu.