Teymur Axundov Azərbaycan atletikası tarixində ilkə imza atıb
Azərbaycan Atletika Federasiyasının nümayəndəsi Teymur Axundov Dünya Atletikasının hakimlər üçün nəzərdə tutulmuş imtahanında yüksək nəticə əldə edib.

T.Axundov imtahan göstəricilərinə əsasən Dünya Atletikasının gümüş dərəcəli hakimi seçilib.

Qeyd edək ki, T.Axundov Azərbaycan atletikası tarixində bu ada layiq görülən ilk hakimimiz olub.

Xəbər 154 dəfə oxundu.