Yuri Fomenko: “Düşünürəm ki, “İnter”lə oyun maraqlı olacaq” | |
“Düşünürəm ki, “İnter”lə oyun maraqlı olacaq”. Bu sözləri “Kəpəz”in hücumçusu Yuri Fomenko deyib. Ukraynalı futbolçu komandasının saytına açıqlamasında bildirib ki, “bankirlər”lə bu günkü qarşılaşmada uğurlu nəticəyə kökləniblər: “Qələbəyə oynayacağıq. Çünki geriyə yolumuz yoxdur. Sonuncu pillədəyik. Mübarizə aparıb, gücümüzü göstərməyə çalışacağıq. Rəqib də yaxşı komandadır. Çempionat öncəsi önəmli transferlərlə heyəti gücləndiriblər.” Qeyd edək ki, “İnter” – “Kəpəz” matçı bu gün 18:00-da “Şəfa” stadionunda baş tutacaq. |
|
Xəbər 990 dəfə oxundu. |
|
|