III Avropa Oyunları: Kişi sablyaçılarımız medallar uğrunda mübarizəni dayandırıblar
Polşada keçirilən III Avropa Oyunlarının qılıncoynatma yarışları davam edir.

Kişi sablyaçılarımız komanda yarışlarında mübarizəyə qoşulublar. Yığmamız səkkizdəbir finalda Macarıstanla qarşılaşıb. Saleh Məmmədov, Murad Əkbərov və Maqsud Hüseynlinin yer aldığı komanda 25:45 hesabı ilə uduzub.

Bununla da yığmamız medallar uğrunda mübarizəni dayandırıb. Sablyaçılarımız 9-16-cı yerlər uğrunda yarışacaqlar.

Qeyd edək ki, Oyunların geridə qalan yeddi günündə Azərbaycan 8 medal qazanıb. Bunlardan 2-si qızıl, 1-i gümüş, 5-i bürüncdür. Karateçilərimiz 2 qızıl və 1 bürünc, taekvondoçularımız 1 gümüş və 1 bürünc, muaytayçılarımız 3 bürünc medala sahib olublar.

Xəbər 181 dəfə oxundu.