“Ölkəmiz bu turnirdə ilk dəfə olaraq bədii gimnastika üzrə yarışlarda da təmsil olundu” - Şahin Əliyev
Berlin şəhərində keçirilən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında uğurla iştirak etdik. Ötən turnirlə müqayisədə bu dəfə daha yüksək nəticələr qazandıq.

Bu sözləri Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri Şahin Əliyev deyib.

O qeyd edib ki, bu turnirdə ilk dəfə olaraq ölkəmiz bədii gimnastika üzrə yarışlarda da təmsil olundu. Gimnast Mehriban Tağıyeva 1 qızıl və 3 bürünc medal qazandı. Ümumi hesabda MDB ölkələri arasında Azərbaycan birinci yeri qazandı.

Qeyd edək ki, Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında ölkəmizi fərqli idman növləri üzrə 49 idmançı təmsil edib. Millimiz 6 qızıl, 5 gümüş və 13 bürünc medal olmaqla, 24 medal qazanıb.

Xəbər 133 dəfə oxundu.