Bəhruz Bənnayev: Növbəti illərdə daha uğurlu çıxış edəcəyik
Berlin şəhərində keçirilən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak etdiyim və medal qazandığım üçün çox sevinirəm.

Bu sözləri atlet Oyunların iştirakçısı Bəhruz Bənnayev deyib.

O bildirib ki, ölkəmizi yarışda layiqincə təmsil ediblər. Növbəti illərdə daha uğurlu çıxış edəcəklərini deyən B.Bənnayev Berlində qazanılan nailiyyət münasibətilə bütün idman ictimaiyyətini təbrik edib.

Qeyd edək ki, Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında ölkəmizi fərqli idman növləri üzrə 49 idmançı təmsil edib. Millimiz 6 qızıl, 5 gümüş və 13 bürünc medal olmaqla, 24 medal qazanıb.

Xəbər 160 dəfə oxundu.