FİFA dünyanın ən yaxşı futbolçusuna namizədlərin yekun siyahısını açıqlayıb
FİFA dünyanın ən yaxşı futbolçusuna namizədlərin yekun siyahısını açıqlayıb. “Qızıl top” uğrunda mübarizədə 23 futbolçu qalıb. Bunlar Serxio Aquero (“Mançester Siti”, Argentina), Mario Balotelli (“Mançester Siti”, İtaliya), Kərim Benzema (“Real”, Fransa), Canluicci Buffon (“Yuventus”, İtaliya), Serxio Buskets (“Barselona”, İspaniya), İker Kasilyas (“Real”, İspaniya), Didye Droqba (“Şanxay Şenxua”, Fil Dişi Sahili), Radamel Falkao (“Atletiko”, Kolumbiya), Zlatan İbrahimoviç (PSJ, Fransa), Andres İnyesta (“Barselona”, İspaniya), Lionel Messi (“Barselona”, Argentina), Manuel Noyer (“Bavariya”, Almaniya), Neymar (“Santos”, Braziliya), Məsut Özil (“Real”, Almaniya), Jerard Pike (“Barselona”, İspaniya), Andrea Pirlo (“Yuventus”, İtaliya), Serxio Ramos (“Real”, İspaniya), Kriştianu Ronaldo (“Real”, Portuqaliya), Ueyn Runi (“Mançester Yunayted”, İngiltərə), Yaya Ture (“Mançester Siti”, Fil Dişi Sahili), Robin van Persi (“Mançester Yunayted”, Hollandiya), Xabi Alonso (“Real”, İspaniya), Xavi Ernandesdir (“Barselona”, İspaniya).

Mükafatın sahibi yığmaların baş məşqçilərinin və kapitanlarının, habelə jurnalistlərin səslərinin nəticələrinə əsasən müəyyənləşəcək. Qalibin adı gələn ilin yanvarın 7-də müəyyənləşəcək.

Qeyd edək ki, son 3 ildə mükafatın sahibi Messi olub.

Xəbər 865 dəfə oxundu.