Bibars Natxo gələcək taleyinə aydınlıq gətirib
“Neftçi”nin Avroliqada növbəti rəqibi olan “Rubin”in aparıcı futbolçusu Bibars Natxo gələcək taleyinə aydınlıq gətirib. İsrail yığmasının yarımmüdafiəçisi Kazan klubu ilə müqaviləsini 2015-ci ilin yayına kimi uzadacaq. Bu, sabah reallaşacaq.

Noyabrın 8-də “Rubin”in heyətində Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi”yə qarşı oynayacaq Natxonun anlaşması 2013-cü ilin sonuna kimi nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Bibars sentyabrın 7-də millisinin heyətində yığmamızla Respublika stadionunda 1:1 hesabı ilə nəticələnən oyunda qol vurub.

Xəbər 919 dəfə oxundu.