Avropa Oyunları: Azərbaycan taekvondoçusu finala adlayıb | |
Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Polşada təşkil olunan III Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb. 54 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda isveçli İbrahim Marvanla qarşılaşıb. Rəqibinə 2:0 (8:2, 7:3) hesabı ilə qalib gələn Dadaşov adını həlledici qarşılaşmaya yazdırıb. Onun finaldakı rəqibi Uqo Arilya Vaskes (İspaniya) - Andrea Konti (İtaliya) cütünün qalibi olacaq. |
|
Xəbər 136 dəfə oxundu. |
|
|