Krakov-2023: Snayperlərimiz finala adlaya bilməyiblər | |
Krakov-2023 III Avropa Oyunlarında atıcılıq yarışları davam edir. Qarışıq komandaların tapança ilə 10 metr məsafədən atəş açma yarışında seçmə mərhələnin A qrupunda mübarizə yekunlaşıb. Azərbaycan təmsilçiləri Ruslan Lunyov və Nigar Nəsirova burada 572 xal toplayıb. Təmsilçilərimiz 28 cüt arasında 572 xalla 17-ci yeri tutub. Bununla da snayperlərimiz finala adlaya bilməyib. Bu raunda hər qrupdan 4 komanda yüksəlib. Qeyd edək ki, Ruslanla Nigar dünən baş tutan fərdi yarışlarda da finaldan kənarda qalıb. |
|
Xəbər 150 dəfə oxundu. |
|
|