Çempionlar Liqasının II turunu idarə edəcək hakimlər müəyyənləşib
Qadın voleybolçular arasında Çempionlar Liqasının II turunu idarə edəcək hakimlər müəyyənləşib. Təmsilçimiz “Lokomotiv”in Moskva “Dinamo”su ilə oyunu ukraynalı Viktor Kozlovskiyə etibar edilib. Oktyabrın 31-də keçiriləcək matçda köməkçi hakim funksiyasını hollandiyalı Peter Qroenevegen yerinə yetirəcək.

Həmin gün İstanbulda baş tutacaq “Əczaçıbaşı” – “Azərreyl” görüşünü rusiyalı Andrey Zenoviçlə makedoniyalı Nikola Miçevski idarə edəcək.

Oktyabrın 1-də “Sərhədçi” Olimpiya Mərkəzində “Rabitə” – “Villa Kortese” dueli isə Viktor Markov (Rusiya) və Bülənt Bozqurta (Türkiyə) tapşırılıb.

Xəbər 928 dəfə oxundu.