Azərbaycan Taekvondo Federasiyasına yeni vitse-prezident seçilib | |
Azərbaycan Taekvondo Federasiyasının (ATF) İdarə Heyətinin növbəti iclası keçirilib. Bu barədə federasiyadan məlumat verilib. İclasda cari məsələlər müzakirə olunub. Həmçinin ATF-nin fəaliyyətinin yüksəldilməsi və idarəetmədə səmərəliliyin artırılması məqsədilə Azərbaycan Taekvondo Federasiyasının prezidenti, İdarə Heyətinin sədri Kəmaləddin Heydərov qurumun vitse-prezidentlərinin say tərkibinin artırılmasını və Hikmət Səmədovun vitse-prezident vəzifəsinə namizədliyini təklif edib. Federasiyanın ümumi yığıncağında təkliflər səsə qoyularaq qəbul edilib. Beləliklə, H.Səmədov Azərbaycan Taekvondo Federasiyasının yeni vitse-prezidenti seçilib. |
|
Xəbər 138 dəfə oxundu. |
|
|