Lionel Messi növbəti mükafatını almağa hazırlaşır
Son 3 ildə dünyanın ən yaxşı futbolçusu olan argentinalı Lionel Messi növbəti mükafatını almağa hazırlaşır. “Barselona”nın 25 yaşlı hücumçusu 50 qolla 2011/12 mövsümünün ən yaxşı bombardiri kimi “Qızıl buts” ilə mükafatlandırılacaq. Barselonada keçirilən tədbir yerli vaxtla saat 13:00-da (Bakı vaxtilə saat 17:00-da) başlayacaq. Messi mükafatı əfsanəvi futbolçu Luis Suaresdən alacaq.

Tədbirdə “Barselona”nın prezidenti Sandro Rossel, bəzi futbolçuları, Lionelin qohumları və yaxınları iştirak edəcək. Messi bu mükafat uğrunda ilk dəfə 100 xal toplayan futbolçu olmaqla tarixə düşdü.

Qeyd edək ki, Lionel İspaniya çempionatının son turunda karyerasında 300-cü qolu vurmağı ilə əlamətdar olub. Bunlardan 270-ə “Barselona”da, 30-a yığmada imza atıb.

Xəbər 1018 dəfə oxundu.