Ümid Rüstəmov: Bütün gücümüzlə çalışıb Avropa çempionu olacağıq
Avropa Oyunlarına komanda olaraq çox güclü bir şəkildə hazırlaşmışıq.

Bu sözləri Azərbaycan boksçusu Ümid Rüstəmov Polşada keçiriləcək III Avropa Oyunları ilə bağlı danışarkən deyib.

İdmançının sözlərinə görə, hətta bəzi günlərdə gündə iki dəfə məşq keçiblər. Hər bir idmançının yarışdan gözləntisi çox yüksəkdir.

“Mənim çəki (-60 kiloqram) dərəcəmdə ən güclü rəqiblər fransalılardır. Düşünürəm ki, onlara qalib gələ bilərik. Bütün gücümüzlə çalışıb Avropa çempionu olmağa nail olacağıq”, - deyə Ümid Rüstəmov əlavə edib.

Xəbər 137 dəfə oxundu.