Basketbolçularımız Avropa kubokunun seçmə mərhələ oyunlarına qələbə ilə başlayıblar | |
İyunun 17-də Kiprin Limassol şəhərində 3x3 basketbol üzrə Avropa kubokunun seçmə mərhələ oyunlarına start verilib. Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, seçmə mərhələnin açılış oyununda A qrupunda qərarlaşmış qadın millimiz Malta komandasına əlavə vaxtın qeydə alındığı qarşılaşmada 17:15 hesabı ilə qalib gəlib. Daha sonra isə mübarizəyə qoşulmuş kişilərdən ibarət millimiz Malta yığmasını 20:14 hesabı ilə məğlubiyyətə uğradıb. Kişi milli komandamızın qrupdakı növbəti oyunu Bakı vaxtı ilə saat 16:50-də yerli Kipr millisinə qarşı olacaq. Qadın yığmamız isə qrupda növbəti sonuncu oyununu Bakı vaxtı ilə saat 17:40 -da İrlandiya komandasına qarşı keçirəcək. |
|
Xəbər 141 dəfə oxundu. |
|
|