Maurinyonu keçən adam
«İnter»in 36 yaşlı məşqçisi Andrea Stramaççoni klubda ilk mövsümündəcə komandanın keçmiş baş məşqçisi Maurinyonu ötüb keçdi. İdman.com.az saytının məlumatına görə, Milan təmsilçisində 8 turda 6 qələbə və 2 məğlubiyyətlə komandasına 18 xal gətirən italyan məşqçi, 2008-10-cu illərdə bu klubda vəzifəni tutmuş portuqaliyalının ilk 8 tura göstərdiyi nəticələri kölgədə qoydu. Maurinyolu «İnter» onunla ilk mövsümündə 8 tura 17, digər ilində isə 16 xal qazanmışdı.

Maurinyodan üstün nəticə göstərmənin onun üçün qürur olduğunu dilə gətirən Stramaççoni «Mən qazanıla biləcək hər kuboku qazanan Maurinyonun yanında sıravi bir adamam. «İnter» kimi bir komandada diqqəti cəlb etdiyim və təqdir edildiyim üçün xoşbəxtəm. Mənə olan güvənə hər gün məşq sahəsində cavab verməyə çalışıram. İlk növbədə önümdəki uzun yolu düşünməliyəm» - deyib.

Xəbər 961 dəfə oxundu.