«Bavariya»nın ulduzu futboldan gedir?
Niderlandlı ulduz futbolçu Aryen Robben tez-tez yaşadığı zədələrin onu futbolu tərk etmə düşüncəsinə yönəltdiyini açıqlayıb. «Bavariya»nın formasını geyinən futbolçu Niderlandda bir televiziya kanalına müsahibəsində «Futbolu tərk etmə düşüncəsi bir müddətdir tez-tez ağılıma gəlir.

Çox-çox zədələr yaşayıram və bu zədələr bəzən məni həqiqətən çox üzür. Buna görə futboldan getməyi düşündüyüm anlar olur» - deyib.
Hazırda da zədəli olan 28 yaşlı ulduz bu barədə də danışıb: «Ağrı ayağımın arxasından gəlir. Nə vaxt meydana dönəcəyimi də bilmirəm, amma düşünürəm ki, uzun bir müddət futbol oynaya bilməyəcəyəm».

İdman.com.az saytının məlumatına görə, Robbenin atası Hans Robben isə oğulunun futbolu tərk etmə ehtimalını rədd edərək, «Aryen ən qısa zamanda zədədən xilas olaraq «Bavariya» üçün oynayacaq. Zədələr onu bir az hirsləndirdi və üzdü amma futbolu buraxmayacaq. Təkrar yaxşılaşmaq və formasını tutmaq üçün çox çalışır» - deyib.

Xəbər 1051 dəfə oxundu.