“Qəbələ”də sensasiya
Bu gün Topaz Premyer Liqasında 10-cu turun növbəti oyunları keçirilib. İdman.com.az saytı xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub. “Qəbələ” doğma meydanda “Turan”la münasibətlərinə aydınlıq gətirib.

İlk öncə Anar Salmanov “Qəbələ”nin qapısına penalti təyin edib. Rukavina penaltini yerinə yetirə bilməsə də, təkrar baş zərbəsi ilə topu qapıdan keçirib. Sonra referi qonaqların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Kamanan da penaltidən istifadə edə bilməyib. Matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Növbəti qarşılaşma Lənkəranda keçirilib. Cənub təmsilçiləri “Qarabağ”ı qəbul edib. Ağdam təmsilçiləri ev sahiblərinin 2 qoluna cavab verə bilməyib - 0:2.

Xəbər 1054 dəfə oxundu.