“Səbail” klubu Azərbaycan millisinin qapıçısını heyətinə qatıb
Futbol üzrə Azərbaycan millisinin qapıçısı Səlahət Ağayevin yeni klubu müəyyənləşib.

32 yaşlı qolkiper “Səbail” klubu ilə birillik müqavilə imzalayıb.

Bu, Bakı təmsilçisinin mövsümlərarası fasilədə dördüncü transferidir. Paytaxt təmsilçisi daha əvvəl Yusif Nəbiyev, Süleyman Əhmədov və Rüfət Abdullazadəni heyətinə qatıb.

Xəbər 128 dəfə oxundu.