“Neftçi” klubu Şuşada keçirilən dünya qadın seriyasının mərhələ yarışının finalına yüksəlib
3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinin finalçıları bəlli olub.

Yarımfinalda Bakının “Neftçi” klubu Macarıstan millisini 15:14, Niderland yığması isə Almaniya seçməsini 21:10 hesabı ilə məğlub edib.

Beləliklə, finalda “Neftçi” klubu finalda Niderland yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, dünya qadın seriyasında Şuşa mərhələsinin oyunları “CBC Sport” telekanalı vasitəsilə də canlı yayımlanır.

Xəbər 132 dəfə oxundu.