Almaniya millisi 3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə qələbə ilə başlayıb | |
Almaniya millisi 3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə qələbə ilə başlayıb. Turnirin açılış oyununda Almaniya və Türkiyə seçmələri üz-üzə gəliblər. Görüş Almaniya seçməsinin 17:9 hesablı qələbəsi ilə yekunlaşıb. Yarışda A qrupunda Almaniya, Rumıniya, Türkiyə milli komandaları, “Neftçi” (Bakı) klubu, B qrupunda isə Niderland, Macarıstan, Azərbaycan seçmələri və Yaponiyanın G FLOU komandası mübarizə aparır. Reqlamentə əsasən, qruplarda birinci yeri tutmuş komandalar birbaşa yarımfinal mərhələsinə yüksələcəklər. Qruplarda ikinci və üçüncü yerin sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə dörddəbir final mərhələsində üz-üzə gələcəklər. Yığma komandamızın qrupdakı ilk oyunu saat 14:15-də Macarıstan, "Neftçi" klubunun görüşü isə saat 13:50-də Rumıniya seçməsinə qarşı olacaq. |
|
Xəbər 134 dəfə oxundu. |
|
|