Bədii gimnastlarımız Misirdə üç medal qazanıblar
Azərbaycanın bədii gimnastları Misirin paytaxtı Qahirədə keçirilən “Pharaohs Cup” turnirində 3 medal qazanıblar.

Gənc idmançılar Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup komandası 5 ip və 5 topla hərəkətlərin icrasında ikinci olub.

Gimnast Nuray Əhmədzadə isə lentlə fərdi hərəkətlərdə bürünc medala sahib çıxıb.

Xəbər 133 dəfə oxundu.