Azərbaycanın U-21 komandasının yoldaşlıq oyunları üçün heyəti açıqlanıb
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

Baş məşqçi Samir Əliyev 23 oyunçuya dəvət göndərib.

Heyətdə Rza Cəfərov (“Neftçi”), Eldar Tağızadə (“Clermont Foot”, Fransa), Rüstəm Samiqullin (“Sabah”), Mahir Həsənov (“Kəpəz”), Seymur Məmmədov (“Sabah”), Rüfət Əhmədov (“Qəbələ”), Ayhan Süleymanlı (“Sumqayıt”), Xəyyam Hüseynov (“Turan Tovuz”), Mirəli Əhmədov (“Səbail”), Hüseyn Babayev (“Neftçi”), Süleyman Damadayev (“Qəbələ”), Məzahir Məmmədzadə (“Turan Tovuz”), Nihat Fərəcli (“Tus Koblenz” Almaniya), Camal Cəfərov, Samir Məhərrəmli (“Sabah”), Elçin Qasımov (“Turan Tovuz”), Murad Vəliyev (“Levadia Tallinn” Estoniya), Fərid Yusifli (“Neftçi”), Rauf Rüstəmli, Mehrac Baxşəli (“Qəbələ”), Zeynəddin Abdurahmanov (“Səbail”), Ağadadaş Salyanski (“Neftçi”), Samir Abdullayev (“Səbail”) yer alacaqlar.

Qeyd edək ki, iyunun 17-də İstanbulda Türkiyə seçməsinin qonağı olacaq Azərbaycan millisi, üç gün sonra "Dalğa Arena"da Qırğızıstan kollektivini qəbul edəcək.

Xəbər 129 dəfə oxundu.