Azərbaycan – Gürcüstan matçı heç-heçə ilə yekunlaşıb
Qəbələdə təlim-məşq toplanışına yekun vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 0:0 hesabı ilə nəticələnib.

Xatırladaq ki, bu komandalar arasında iyunun 8-də keçirilmiş ilk oyun 2:0 hesabı ilə Gürcüstan yığmasının xeyrinə nəticələnmişdi.

Xəbər 120 dəfə oxundu.