“Fənərbağça” Türkiyə kubokunun 7 qat qalibi oldu
“Fənərbağça” Türkiyə Kubokunun finalında “İstanbul Başakşehir”ə qalib gəlib.

İzmirdə keçirilən oyun “Fənərbağça”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Final oyununun qəhrəmanı dubla imza atan Mişi Batşuayi olub. Belçikalı hücumçu 18 yaşlı Arda Gülərin ötürməsi ilə artıq matçın ilk dəqiqəsində ilk qolu vurub. Qarşılaşmanın 29-cu dəqiqəsində Batşuayi komandasının hesabdakı üstünlüyünü ikiqat artırıb. Beləliklə, “Fənərbağça” tarixində 7-ci Türkiyə Kubokunu qazanıb.

“Fənərbağça” kuboku daha əvvəl 2012/2013-cü il mövsümündə qazanmışdı.

Xəbər 96 dəfə oxundu.