“Neftçi” klubu Avropa Liqasında növbəti oyununu keçirdi


Futbol üzrə UEFA Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində Bakının “Neftçi” klubu üçüncü oyununu keçirib.

Otyabrın 25-də Azərbaycan çempionu “Neftçi” Kazandakı Milli stadionda Rusiyanın “Rubin” komandasının qonağı olub

Danimarkalı baş hakim Kenn Hansenin idarə etdiyi oyunun 16-cı dəqiqəsində “Rubin”in futbolçusu Alan Kasayev hesabı açıb Oyunun sonunadək hesab dəyişməyib və “Neftçi” rəqibinə 0:1 hesabı ilə məğlub olub.

“Neftçi” ilk oyununu səfərdə Serbiyanın “Partizan” komandasına qarşı keçirmiş və matçda hesab açılmamışdı. İkinci oyununda isə “Neftçi” doğma meydanda İtaliyanın “İnter” klubunu qəbul etmiş və 1:3 hesabı ilə uduzmuşdu.

Xəbər 1043 dəfə oxundu.